Müasir dövrdə kənd təsərrüfatı sahəsində məhsuldarlılığın inkişafı istiqamətində başlıca
problemləri vurğuladıqda, məhsulların müxtəlif növ xəstəliklərə yoluxması, qidalanma və
mayalanma üçün zəruri olan maddələrin düzgün seçilməməsi, məhsulun əkini və yığımı vaxtı
texnoloji avadanlıqların çatışmamazlığıdır. AGRİCULTA BV MMC olaraq əsas məqsədimiz
Azərbaycanda kənd təsərrüfatı sahəsində olan bitki, gübrə və oxşar sahələrdə problemlərin
həllində fermerlərə dəstək olmaq və kənd təsərrüfatı infrastrukturunun qurulmasına dəstək
olmaqdır.
AGRİCULTA BV MMC 2016-ci ildən Azərbaycanda kənd təsərrüfatı sahəsində fəaliyyət
göstərən yerli şirkətdir. Şirkətimizin məhsul bazasında ölkəmizin landşaft və ərazi quruluşuna
uyğun çoxsaylı məhsul və avadanlıqlar vardır. AGRİCULTA BV MMC olaraq qurduğumuz
sağlam əməkdaşlıqlar ilə bu gün dünyanın bir çox kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən
istehsalçı şirkətlərin Azərbaycan üzrə məhsullarının alınması və çatdırılmasını həyata keçiririk.
Həmçinin yerli bazarda da fəaliyyət göstərən şirkətlər və kənd təsərrüfatı qurumları ilə yaxın
əlaqə içərisində çalışırıq.
Məhsulların Azərbaycanın bütün bölgələrinə çatdırılması işçi komandamız tərəfindən təmin
edilir.
Vizyonumuz: Əməkdaşlıq etdiyimiz qurumların gözləntilərini ən yaxşı
səviyyədə qarşılayan, problemlərinə həll yolu tapan, keyfiyyətli xidmət
təqdim edən, beynəlxalq sahədə güvənilən öncül şirkətlərdən biri olmaqdır.
Missiyamız: Kənd təsərrüfatı sektorunda davamlı inkişafa nail
olmaq,etik(mədəni) dəyərlərimizi qoruyaraq böyümək,
partnyorlamıza,istehsalçılara əlavə dəyər yaratmaq, dəyişən və yenilənən
iqtisadi sistemə uyğunlaşaraq innovativ metodları tətbiq etməkdir.